Zelenski: Müharibə genişlənir, sülhün mümkünlüyü azalır

Müharibə genişlənir, sülhün mümkünlüyü azalır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində deyib.

O, bunu Şimali Koreyanın müharibədə iştirakı ilə əlaqələndirib. Dövlət başçısının sözlərinə görə, onlardan xüsusilə Kursk vilayəti daxilindəki əməliyyatlarda istifadə edilir: “Hələlik onların iştirakı bu ərazi ilə məhdudlaşır, lakin digər cəbhələrdə də iştirak edə biləcəyinə dair məlumat var”.

Zelenski qeyd edib ki, Şimali Koreya qoşunları arasında itkilər artıq nəzərə çarpır.

Ölkə lideri həmçinin söyləyib ki, Ukrayna özünü bütün təhdidlərə, o cümlədən Şimali Koreyaya qarşı müdafiə edəcək: “Etibarlı və davamlı sülhü təmin edən bu müharibəni sona çatdırmaq üçün bütün tərəfdaşlarımızla tam koordinasiyalı şəkildə hərəkətə davam edəcəyik”.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb.