Tramp yay vaxtına keçidi ləğv etmək istəyir: Qərarın SƏBƏBİ

Tramp yay vaxtına keçidi lazımsız və bahalı hesab edir.

Respublikaçılar Partiyası yay vaxtına keçidi ləğv etmək niyyətindədir.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Truth Social şəbəkəsində yazıb.

Trampın sözlərinə görə, yay vaxtına keçid “bir neçə, lakin güclü insanlar” tərəfindən dəstəklənir, bu, onun fikrincə, ədalətsizlikdir. O hesab edir ki, yay vaxtına keçmək amerikalılar üçün əlverişsiz və çox baha başa gəlir.

2022-ci ildə ABŞ artıq saat dəyişikliyini ləğv etməyə çalışıb. Senat yay vaxtının daimi olmasını nəzərdə tutan qanun layihəsini qəbul edib, lakin o, prezident Co Baydenin imzalama getməyib. Senator Marko Rubionun təklif etdiyi qanun layihəsi “Günəş şüalarından qorunma qanunu” adlanır.