İranda təlimdə yaralanan SEPAH zabiti öldü

İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Saberin briqadasının xüsusi təyinatlılarından olan Əli Əhmədi ölüb.
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilib ki, hadisə İranın Sistan və Bəlucistan əyalətində "Təhlükəsizlik Şəhidləri" adlı təlim zamanı baş verib. Əli Əhmədi tapşırığı yerinə yetirərkən avtomobil qəzasına düşüb, 35 gün komada qaldıqdan sonra isə həyatını itirib.

O da qeyd olunub ki, sözügedən təlim "Ceyş əl-Ədl" qruplaşmasının Sistan və Bəlucistan əyalətində polis qüvvələrinə kütləvi hücumlarından sonra keçirilməyə başlayıb.