Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan D-8 Təşkilatının 11-ci sammitində iştirak etmək üçün sabah Misirə gedəcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin başçısı Fəxrəddin Altun bildirib.
Prezident Ərdoğan həmkarları ilə keçirəcəyi görüşlərdə Suriya, Fələstin, Livan və Yaxın Şərqdəki hadisələrlə yanaşı, digər önə çıxan məsələləri də müzakirə edəcək.