Avtomobil nəhəngləri Honda və Nissan BİRLƏŞİR - SƏBƏB

Yaponiyanın avtomobil nəhəngləri Honda və Nissan Çin istehsalçıları və Tesla arasında artan rəqabət fonunda birləşməyi nəzərdən keçirirlər.

"Sherg.az" Reuters-a istinadən xəbər verir ki, potensial birləşmə baş tutarsa, onlar 52 milyard dollarlıq ümumi aktivləri ilə Toyota və Volsvagendən sonra dünyanın üçüncü ən böyük avtomobil istehsalçısına çevrilə bilərlər.

Birləşmə müzakirələrinin səbəbinin Nissanın pisləşən maliyyə vəziyyəti ilə bağlı olduğu bildirilir. Keçən ay şirkət mənfəətinin 85% azaldığı və böhranın, həmçinin şirkətdə 9000 ixtisara da səbəb ola biləcəyi deyilir.