BƏƏ-də yüngül mühərrikli təyyarə qəzaya uğrayıb

BƏƏ-nin Ras əl-Xəymə sahillərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə WAM agentliyi Əmirliyin Mülki Aviasiya Baş İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, “Əl-Cəzirə” aviasiya və idman klubuna məxsus yüngül mühərrikli təyyarə Fars körfəzi sularında, Rəs əl-Xəymə əmirliyi sahillərində qəzaya uğrayıb.

Hadisə nəticəsində pilot və sərnişinin öldüyü qeyd edilir.

Səlahiyyətlilər təyyarənin qəzaya uğramasının səbəbini müəyyənləşdirmək üçün araşdırmalarını davam etdirir.