Azərbaycan XİN Makrona cavab verib
Yusif Nəzərli
14:39 06.01.2025
Gündəm
374
Fransa Prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir.
Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat katibi Ayxan Hacızadə Fransa Prezidentinin səfirlər konfransında Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları barədə medianın sualına cavabında deyib.
“Maraqlıdır ki, özünü beynəlxalq hüququn müdafiəçisi kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasını, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib.
Fransa tərəfinə bir daha xatırlatmaq istərdik ki, Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə həyata keçirdiyi haqq-ədalət müharibəsi yalnız Ermənistan işğalına son qoymaq məqsədilə aparılıb.
Bölgədə sülh üçün real şərait yarandığı bir dönəmdə, Azərbaycanın öz əraziləri üzərində suverenliyini sual altına qoyan, Ermənistanı revanşizmə hazırlayan, bu ölkənin geniş şəkildə silahlanmasını həyata keçirən Fransanın bu kimi təhrikçi açıqlamalarını qətiyyətlə pisləyirik.
Fransanın məkrli neo-kolonial siyasətinin təzahürü olan dənizaşırı ərazilərində apardığı uğursuz fəaliyyətin səbəblərinin Azərbaycan üzərinə yönləndirilməsi isə Fransanın yanlış siyasətindən xəbər verir. Digər ölkələri təqsirləndirmək əvəzinə, Fransanın səriştəsiz xarici siyasətindən dərs çıxarması daha faydalı olardı.
Fransadan sülhə xidmət etməyən və regionda sabitliyi pozan addımlarına son qoymağı tələb edirik”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, 6 yanvar 2025-ci il tarixində Fransa Prezidenti Emmanuel Makron səfirlər konfransında çıxışı zamanı bildirib ki, “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək, Azərbaycanın fəaliyyətini dəstəkləyib”. O həmçinin qeyd edib ki, “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb. Bizim beynəlxalq hüququ və Ermənistanı müdafiə etdiyimizi anlamayan Azərbaycan bununla məsələni həll etdiyini düşünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxıldı
14:49 17.11.2026
Hadisə
Naxçıvanda payızlıq taxıl əkini 2 dəfəyə yaxın artıb
14:20 17.11.2026
İqtisadiyyat
Azərbaycanda bu müəllimlərə kirayə və yol pulu veriləcək
14:15 17.11.2026
Elm və Təhsil
Ukrayna 1500-ə yaxın PUA ilə Rusiyaya hücum etdi
13:52 17.11.2026
Dünya
Çexiyada qatarlar toqquşdu, xəsarət alanlar var
13:41 17.11.2026
Dünya
Kreml: Krım körpüsü ətrafında vəziyyət Putinə məruzə olunub
13:30 17.11.2026
Dünya
Vəkillər ödənişlərini ala bilmirlər - Deputat
13:14 17.11.2026
Gündəm