ATƏT PA prezidenti Gürcüstana səfərini təxirə salıb

ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma yanvarın 8-də Gürcüstana nəzərdə tutulan səfərini qeyri-müəyyən vaxta təxirə salıb.

Trend xəbər verir ki, bu barədə Pia Kauma “X” sosial şəbəkə hesabında yazıb.

“Müzakirələr və məsləhətləşmələr nəticəsində Gürcüstana səfərimi ATƏT Parlament Assambleyasının iştirakı ilə daha təsirli ola biləcək bir vaxta qədər təxirə salmaq qərarına gəldim.

Biz hamını dinləməyə və ATƏT/DTİHB-nin seçki tövsiyələrinin həyata keçirilməsində yardım təklif etməyə hazırıq”, - o bildirib.