Lavrov: Rusiya Yaxın Şərqdən getmir

Biz Yaxın şərqdən getmirik.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

O, Suriyada bəzi hadisələrin baş verdiyini xatırladıb.

"Suriya Prezidenti Bəşər Əsədinin dəvəti ilə biz ora hərbi kontingent göndərdik. Suriyada o zamanki hakimiyyət elə başa düşdü ki, ölkədə heç nəyi dəyişməyə gərək yoxdur. Biz hesab etdik ki, bu düzgün deyil. Suriyada bu müddət ərzində "vakkum" yaranmışdı. Ona görə də baş verənlər baş verdi".

Lavrov Suriya ilə bağlı Türkiyə və digər ölkələrlə təmasda olduqlarını, bu ölkələrin Suriyanın gələcəyi ilə bağlı məsələlərin Rusiya, İran və Çinlə müzakirələr aparmağın vacib olduğunu söylədiklərini qeyd edib.

Rusiya XİN başçısı Astana formatının hələ də faydalı ola biləcəyini vurğulayıb.