
Roma Avropa İttifaqının paytaxtı olmalıdır -ŞƏRH
Yusif Nəzərli
02:06 22.01.2025
Dünya
577
Corciya Meloninin çıxışı Avropada siyasi lider olmaq istəyən İtaliyanın Roma imperiyasının varisliyi ədasına bənzəyir
İtaliya Baş naziri Corciya Meloni bir qədər əvvəl verdiyi açıqlama ilə diqqət çəkib.
O deyib: “Roma Avropa İttifaqının (Aİ) paytaxtı olmalıdır. Bu tələblə Avropa Parlamentinə müraciət etmək istəyirəm. Çünki Avropa İttifaqının paytaxtı ofislərin yerləşdiyi yer ola bilməz. O, minillik kimliyini ən yaxşı şəkildə əks etdirən yer olmalıdır”. Ekspertlərə görə, Meloninin bu çıxışı indiki məqamda xüsusilə diqqət çəkir. İtaliya Qərbi Roma imperiyasının süqutundan sonra Avropanın siyasi xəritəsində elə də ciddi siyasi gücə malik olmayıb. Əksinə, almanların, ispanların, son olaraq isə fransızların əsarətində olub. İtaliya Birinci və İkinci Dünya müharibəsində Roma dövrünə qayıtmaq istəsə də, bu, fiasko ilə nəticələnib.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Corciya Meloninin çıxışı Avropada siyasi lider olmaq istəyən İtaliyanın Roma imperiyasının varisliyi ədasına bənzəyir. Ekspertin sözlərinə görə, Avropa uzun müddətdir, ABŞ-nin qızıl qəfəsi olan Aİ çətiri altında geosiyasətdən, qitəyə liderlik uğrunda mübarizədən uzaq, amma rifah dolu həyat yaşayırdı:

"Bu gün Aİ həm parçalanmaq riski ilə üz-üzədir, həm də qitə uğrunda mübarizə şiddətlənir. Aİ-nin dağılma prosesi ilə bağlı ilk ciddi addım Böyük Britaniyadan gəldi. 2016-cı il iyunun 23-də Britaniyada keçirilən referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmamasına dair qərar qəbul edildi. Londonun Aİ-dən çıxması Parisin İttifaqdakı mövqeyini ön plana çıxartdı. Lakin Fransanın ənənəvi rəqibi Almaniya heç vaxt Parisin Aİ-yə təkbaşına liderlik etməsinə göz yummayıb. Bundan başqa, Viktor Orban rəhbərliyində qitə üçün köhnə, müasir siyasət üçün isə yeni oyunçu olan Macarıstan da Aİ liderliyi uğrunda mübarizəyə başlayıb. Breksit qərarı Aİ üçün ilk addım olsa da, fikir ayrılığı Rusiya-Ukrayna müharibəsi ilə start götürdü. Bu gün faktiki olaraq ittifaq daxilində müharibə tərəfdarları ilə əleyhdarları olmaq üzrə iki ciddi qütb var. Belə bir dövrdə Corciya Meloninin Avropa İttifaqının paytaxtı ilə bağlı fikir səsləndirməsi ittifaqdaxili bölünmə və parçalanmanın yeni dalğası ola bilər. Macarıstandan sonra İtaliyanın da oyuna daxil olması Aİ daxilində bölünməni sürətləndirir. Rusiya-Ukrayna müharibəsi ərazi ilhaqı hesabına Moskvanın xeyrinə bitərsə və ABŞ-nin istəyi ilə Aİ buna razı olarsa, İttifaq yaxın 10 il ərzində parçalana bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi