Aİ və NATO təşvişdə: Münaqişənin Avropa ölkələri tərəfindən uzadılması cəhdi nəticə verməyəcək
13:28 20.02.2025
Dünya
419
Britaniya hökuməti Ukraynada sülh yolu ilə nizamlanmanı müzakirə etmək üçün Londonda Avropa liderlərinin görüşünü keçirməyi planlaşdırır.
Bu barədə “Skay Nyus” mənbələrə istinadla məlumat yayıb.
Kanal görüşün dəqiq tarixinin hələ müəyyənləşdirilmədiyini bildirib.
Qeyd edək ki, fevralın 17-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə səkkiz Avropa ölkəsinin lideri, həmçinin AB və NATO nümayəndələri arasında danışıqlar keçirilib. Fevralın 19-da isə daha geniş formatda ikinci müzakirə baş tutub.
Politoloq Sahil Kərimli "Sherg.az"a bildirib ki,Rusiya-Ukrayna müharibəsi ilə bağlı əsas söz sahibi Donald Tramp administrasiyasıdır:
"Avropa İttifaqı (Aİ) ölkələrinin hər hansı müdaxilə və cəhdinə baxmayaraq, artıq Rusiya və ABŞ arasında çox ciddi danışıqlar başlayıb. Müzakirələrin nəticələri haqqında səsləndirilən rəsmi bəyanatlarda da prosesin Putin və Trampa sərf edən formada olduğunu görürük. Növbəti mərhələdə də Vaşinqton və Moskva arasında aparılan fikir mübadiləsi sübut edir ki, Zelenski hələ ki prosesdən uzaq tutulur. Həmçinin Ukraynanın mövqeyi nəzərə alınmır".
Politoloqun fikrincə, münaqişənin Aİ ölkələri tərəfindən uzadılması cəhdi heç bir nəticə verməyəcək:
"Çünki ABŞ və Rusiya münaqişənin nəticəsi barədə müəyyən razılığa gəliblər. Aİ isə bundan çox ciddi narahat olur. Lakin dünyanın iki nəhəng ölkəsi artıq Ukraynanın müharibədə uduzdurulması istiqamətində addımlara başlayıb. Aİ və NATO gələcəkdə Rusiyadan təhdidlərlə bağlı təşvişə düşüblər. Xüsusilə Fransa Prezidenti və Böyük Britaniyanın Baş naziri də bu günlərdə müzakirələr, təmaslar üçün ABŞ-a səfər etməyi planlaşdırırlar. Onlar Donald Trampla görüşmək və indiki mövqeyindən geri çəkindirmək niyyətindədirlər. Lakin bu, heç bir nəticə verməyəcək. Çünki ABŞ bütün dünya ictimaiyyəti qarşısında öz siyasi mövqeyini bəyan edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol