
Makronun Afrika siyasəti iflasa uğrayıb: Fransanın regiondan çəkilməsi Parisin zəifləməsini simvollaşdırır
Yusif Nəzərli
10:56 21.02.2025
Dünya
537
Müstəmləkəçiliyin sona çatması ilə dünya siyasi mənzərəsi əhəmiyyətli şəkildə dəyişdi və bu, yeni müstəqil ölkələrin yaranmasına səbəb oldu. Köhnə müstəmləkə gücləri, xüsusilə Fransa, öz təsirlərini qorumaq və yeni şəraitə uyğunlaşmaq üçün müxtəlif strateji yanaşmalar tətbiq etməyə başladılar. Bu prosesdə, Afrika qitəsində Fransa, keçmiş müstəmləkələrinə olan iqtisadi və siyasi təsirini davam etdirmək məqsədilə bir sıra ikitərəfli müqavilələr imzaladı. Lakin zamanla, Fransa əleyhinə baş qaldıran etirazlar, E.Makronun siyasəti və müstəqil ölkələrin suverenlik tələbləri, bu hegemonluğun sona çatmasına gətirib çıxardı.
Politoloq Yusif Bağırzadə Sherg.az-a açıqlamasında Fransanın Afrika siyasətindəki uğursuzluqları və bu uğursuzluqların beynəlxalq müstəvidəki nəticələrindən söz açıb:

"İkinci Dünya Müharibəsindən sonra dünyada müstəmləkələrin çöküşü ilə yeni müstəqil ölkələr yarannağa başladı və təqribən 60-cı illərdən etibarən Fransa da öz müstəmləkə siyasətini dəyişməyə məcbur edildi. Uzun illər ərzində müstəmləkəsi altında saxladığı ölkələrlə ikitərəfli müqavilələr bağlayaraq yerli bazarlarda müəyyən imtiyazlar əldə etdi. Fransaya yaxınlığı ilə seçilən avtoritar liderlər dövlət başına gətirildi və onların vasitəsilə ölkələrin faydalı qazıntıları Fransa tərəfindən yenidən ələ keçirildi. Başqa sözlə Fransa ölkələr arasında ikitərəfli müqavilələr adı altında faktiki olaraq yenə də müstəmləkə siyasətini davam etdirdi".
Ekspert Mərkəzi Afrika Respublikasının, Kamerunun, Tunisin, Qabonun, Çadın, Zairin, Ruandanın, Somalinin, Cibutinin, Konqonun, Malinin, Qərbi Saxaranın, Serra-Leonun, Liviya kimi ölkələrin uzun illər ərzində rəsmi Parisin cinayətlərinə şahidlik etdiyinə diqqət çəkib:
"2020-ci ildən sonra bir sıra Afrika ölkələrində Fransa əleyhinə etiraz aksiyaları keçirilməyə başladı. Onlar Fransa ordusunun ölkələrindən çıxarılmasını və indiyə qədər olan müqavilələrə xitam verilməsini, eləcə də yeni müqavilələrin bağlanmamasını tələb etməyə başladılar. Nəticədə uzun sürən nəticəsiz cəhdlərə baxmayaraq Fransa qoşunlarını Mali, Niger, Burkina Faso, Mərkəzi Afrika Respublikasından və digər yerlərdən geri çəkmək məcburiyyətində qaldı.
Fransanın regiondan çəkilməsi, o cümlədən BMT daxilində onu müttəfiqlərdən və tərəfdaşlardan, mühüm təsir mənbəyindən məhrum edir və Parisin zəifləməsini simvollaşdırır. Bütün bunlar
Makronun Afrika siyasətinin iflasa uğradığının göstəricisidir. Məhz onun yalnış siyasəti nəticəsində Afrika ölkələri ilə olan 70 illik imtiyazlı əlaqələr tamamilə məhv edilib".
Politoloq bu uğursuzluğun birbaşa olaraq Fransanın xarici siyasətdəki səhvləri ilə əlaqədar olduğunu bildirib:
"Fransız diplomatiyası Afrikadakı mühüm dəyişikliklərə - qloballaşmanın artması, orta sinfin yaranması və gənclər arasında suverenlik arzusunun güclənməsi kimi proseslərə adekvat reaksiya verə bilmədi. Eləcə də Rusiyanın hərbi və Çinin iqtisadi gücünü lazımi səviyyədə qiymətləndirə bilmədi.
Bütün bunlar Fransanın Afrika regionundakı təsirinin zəifləməsinə və nəticə olaraq həmin əraziləri təkcə hərbi cəhətdən deyil, həm də iqtisadi müstəvidə tərk etməsinə səbəb oldu. Belə ki, Afrika ölkələri artıq Fransa şirkətləri ilə yeni müqavilələr bağlamaqdan da imtina edirlər və bu da fransız şirkətlərinin, sərmayələrinin Afrika ölkələrindən kütləvi şəkildə çıxmasına səbəb olub".
Müsahibimiz sonda Makronun ambisiyalarının Fransanın Afrikadakı mövcudluğunun sonunu gətirdiyini vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi