
Paşinyan sülh danışıqlarından sadəcə vaxt qazanır - POLİTOLOQ
Yusif Nəzərli
06:57 22.02.2025
Cənubi Qafqaz
554
Onun Münhen Təhlükəsizlik Konfransından istifadə edərək dərhal Avropa səfəri bir çox mətləblərdən xəbər verir
Ermənistan Baş naziri Nikol Paşinyan Münhendə bir sıra Avropa liderləri ilə bir araya gəldi. Bu təmaslar zamanı Cənubi Qafqazda vəziyyət və Azərbaycan-Ermənistan sülh danışıqları da müzakirə edildi. Diqqətçəkən məqam odur ki, Almaniya səfərindən bir neçə gün qabaq Paşinyan Fransada, ondan da az öncə ABŞ-də olmuşdu. Paşinyanın Avropaya səfəri bir neçə səbəbdən diqqəti cəlb edir. Erməni baş nazirin ABŞ səfəri fiasko ilə nəticələndi. Prezident Donald Trampla görüşməyi hədəfləsə də, onu qəbul edən ən yüksək səviyyəli ABŞ rəsmisi vitse-prezident Ceyms Devid Vens oldu. Bu səfər erməni cəmiyyətində ciddi tənqidə səbəb oldu.
Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Bayden administrasiyası ilə imzaladığı "Strateji əməkdaşlıq" haqqında sazişin Tramp tərəfindən təsdiqini və Ermənistana yeni yardımlar ayrılmasına nail olmaq istəyirdi. Ekspert qeyd edib ki, Ağ Ev rəhbəri Paşinyanı qəbul etməkdən imtina etdi:

"Vitse-prezidentlə görüşündə isə elə də ciddi nəticə əldə edə bilməyən hökumət rəhbəri bunun hesabatını erməni xalqına verməkdə çətinlik çəkir. Buna görə də Münhen Təhlükəsizlik Konfransından istifadə edərək dərhal Avropa səfərinə başladı. Təbii ki, Paşinyanın səfəri zamanı əsas hədəf bu konfransda iştirak deyildi. Əgər belə olsaydı, Ermənistanın nümayəndə heyətinin tərkibinə müdafiə naziri Suren Papikyan da daxil edilməzdi. Münhen Təhlükəsizlik Konfransı təhlükəsizlik və diplomatik məsələlərin müzakirə olunduğu platformadı. Burada hərbi məsələlər müzakirə edilmir. Paşinyan tədbirə müdafiə nazirini aparmaqla öz niyyətini açıq şəkildə büruzə vermiş oldu. Ermənistan son zamanlarda hücum silahları ilə silahlanmaqda davam edir".
Ekspert əlavə edib ki, erməni ordusunda ballistik raketlərin sayı durmadan artır:
"Hindistan və Fransa ilə hərbi əməkdaşlığı ən yüksək səviyyəyə qaldıran Ermənistan Almaniya ilə də əməkdaşlığa xüsusi önəm verir. Paşinyan Münhendə görüşlər keçirdiyi ərəfədə Almaniyada erməni hərbiçiləri NATO çərçivəsində təlimlərə cəlb edilmişdi. Nikol Paşinyanın Almaniya kansleri Olaf Şoltsla görüşündə də Almaniya-Ermənistan hərbi əməkdaşlığı məsələsi geniş şəkildə müzakirə edildi. Qərbin İrəvana bu şəkildə dəstəyi regionda vəziyyəti daha da gərginləşdirməyə, Ermənistanda revanş siyasətinin güclənməsinə xidmət edir. Paşinyanın sülh danışıqlarından sadəcə vaxt qazanmaq üçün istifadə etmək niyyəti isə həm Ermənistanın özünə, həm də onun müttəfiqlərinə çox baha başa gələcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm