Trampın məqsədi münaqişəni yox, hərbi əməliyyatları dayandırmaqdır -Tofiq Zülfüqarov
Yusif Nəzərli
16:47 22.02.2025
Gündəm
441
"Ukrayna danışıqlarının iştirakçılarının sayı çox olacaq. Ola bilsin ki, ABŞ, Avropa İttifaqının üzvüləri, Türkiyə və bəlkə də digər ölkələr də prosesə qatılsınlar"
Son dövrlərdə dünya miqyasında baş verən geosiyasi hadisələr, xüsusilə Ukrayna ilə Rusiya arasındakı münaqişə, beynəlxalq diplomatiya və təhlükəsizlik məsələlərini gündəmə gətirir. ABŞ prezidenti Donald Trampın bu münaqişəyə yanaşması, həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətləri diqqət çəkir.
Tramp, münaqişənin əsas məqsədini atəşkəsin təmin edilməsi və müharibənin hərbi cəhətdən sonlandırılmasında görür.
Eyni zamanda, Trampın Rusiya Prezidenti Vladimir Putinlə əlaqələri də diqqət mərkəzindədir. Tramp, münaqişənin həlli üçün Putinlə birbaşa danışıqların vacibliyini vurğulayır və müharibənin tezliklə sona çatması üçün səy göstərdiyini bildirir.
Bu vəziyyət, beynəlxalq diplomatiya və təhlükəsizlik məsələlərini daha da mürəkkəbləşdirir. Tərəflər arasındakı dərin fikir ayrılıqları və etimadın olmaması, bu prosesin çətinliyini artırır.
Bu günkü vəziyyət, Rusiya və Qərbin, xüsusilə də ABŞ-nin, nüvə silahı ilə əlaqədar potensial riskləri və onun qarşısını almaq üçün görülməli tədbirləri bir daha gündəmə gətirir.
Eləcə də Ukrayna prezidenti ilə Türkiyə prezidentinin görüşməsi, həmçinin Trampla Putinin görüşməsi ehtimalı da proseslərin istiqamətində dəyişikliyə səbəb ola bilər.
Mövzu ilə bağlı keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Sherg.az-a açıqlamasında ABŞ lideri ilə Rusiya liderinin dialoq ehtimalının Ukrayna və Türkiyə liderlərinin görüşü ilə əlaqələndirilməsinin düzgün olmadığını söyləyib:
"Bu mövzuların bir-birinə bağlı olduğunu sğyləmək hesab edirəm ki, düzgün deyil. Hamı başa düşür ki, münaqişənin əsasında olan problemlər qısa bir müddətdə öz həllini tapa bilməz. Rusiyanın, Ukraynanın və Qərbin öz fərqli mövqeyləri var. Amma biz başa düşməliyik ki, Tramp qarşısına yeganə bir məqsəd qoyub ki, münaqişəni həll etmək yox, münaqişənin hərbi müddətini bitirmək lazımdır. Sonra bu və ya digər şəkildə iştirakçıları formalaşdırıb siyasi problemləri həll etmək üçün danışıqlara başlayacaq. İlkin mərhələdə əsas ideologiya atəşkəsi bərqərar etməkdir. İkinci mərhələdə qeyd etdiyim kimi danışıqlar baş verəcək".
Politoloq tərəflərin arasında problemlərin çox olduğunu və bu əngəllərin indiki mərhələdə sadalamağın çətin olduğunu bildirib:
"Bu danışıqlarda hesab edirəm ki, iştirakçıların sayı çox olacaq. Ukraynadan başqa ola bilsin ki, ABŞ, Avropa İttifaqının üzvüləri, Türkiyə və bəlkə də digər ölkələr də iştirak edəcəklər. Təcrübədə olduğu kimi 1994-cü ildə atəşkəs bərqərar oldu və siyasi problemlər danışıqlar yolu ilə həll olunmalı idi. Lakin biz başa düşürük ki, bu problemləri siyasi yollarla həll etmək mümkün deyil. Təxminən Rusiya-Ukrayna geniş formatda danışıqları onların hansısa nəticəyə nail olmasını mümkün etməyəcək. Amma müsbət faktor odur ki, Tramp dediyi kimi cavan insanların mənasız qırğınını dayandırmaq lazımdır.
İndi vəziyyət bəllidir nə Rusiya hərbi vasitələrlə öz hədəflərinə çata bilər, nə də ki, Ukrayna Rusiyanı çökdürüb məcbur edə bilməz ki, o işğal edilmiş ərazilərdən çıxsın. Qərbin də Ukrayna tərəfində münaqişədə iştirak etməsinin təhlükəsi ondan ibarətdir ki, hansısa mərhələdə Rusiya və Qərb, o cümlədən ABŞ özü də nüvə silahından istifa etmək məcburiyyətində qala bilərlər. Belə bir təhlükə çox real görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi
Rusiya Ermənistanı yanacaq sazişlərini dayandırmaqla hədələyib
14:39 27.05.2026
Dünya
Paşinyan iddialı danışdı: Bu qərarı mən yox, xalq verəcək
14:07 27.05.2026
Cənubi Qafqaz
Əli Baqiri: İran və Oman Hörmüz boğazı ilə bağlı danışıqlar aparır
13:43 27.05.2026
Region
Kılıçdaroğlu Özgür Özelin CHP-də qurultay çağırışına cavab verib
13:32 27.05.2026
Dünya
Sabahın hava proqnozu açıqlanıb
13:21 27.05.2026
Ekologiya
SEPAH: Müharibənin yenidən başlama ehtimalı azdır
13:10 27.05.2026
Gündəm
ABŞ Tehrandakı mümkün hədəflərin yeni siyahısını hazırlayıb
12:30 27.05.2026
Gündəm
Samvel Karapetyanın partiyasının 8 tərəfdarı saxlanılıb
12:21 27.05.2026
Cənubi Qafqaz
DYP sürücü və piyadaları məsuliyyətli olmağa çağırıb
12:02 27.05.2026
Cəmiyyət