Lavrovun İran səfərinin tarixi dəyişdi

Rusiya xarici işlər naziri Sergey Lavrov yaxın bir neçə gün ərzində İrana səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

O, dəqiq tarixin daha sonra açıqlanacağını bildirib.

Səfər çərçivəsində Lavrovun iranlı həmkarı ilə görüşəcəyi, həmçinin Suriya ilə bağlı müzakirələrin aparılacağı qeyd edilib.

Qeyd edək ki, daha öncə Lavrovun fevralın 25-də İrana səfər edəcəyi elan olunmuşdu.