Trampın bütün siyasəti biznes maraqları üzərində qurulub -Politoloq
Yusif Nəzərli
07:34 27.02.2025
Dünya
365
Az xərcləyib, çox qazanmaq
“Müharibə bitmədən Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi ABŞ-nin maraqlarına böyük zərbə kimi qiymətləndirilə bilər”
"Vaşinqton tezliklə Moskvaya qarşı sanksiyaları ləğv edə bilər".
Bu barədə "Financial Times" yazıb. Nəşrin müəllifləri iddia edirlər ki, pul ABŞ Prezidenti Donald Trampı “həqiqətən motivasiya edən” bir neçə şeydən biridir. Qeyd olunur ki, Rusiya tərəfi Ər-Riyada danışıqlara “cazibədar işgüzar təkliflərin uzun siyahısı ilə” gələndə bunu bilirdi: “ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının tezliklə ləğvini gözləyin”.
Bir gün əvvəl isə “EU Observer” qeyd etmişdi ki, ABŞ tezliklə əvvəllər tətbiq etdiyi anti-Rusiya sanksiyalarını ləğv edə bilər və bununla da, Aİ-nin bütün digər məhdudiyyətlərini zərərsizləşdirə bilər.
ABŞ Prezidenti Donald Tramp isə hazırda belə razılaşmaların olmadığını, lakin gələcəkdə anti-Rusiya sanksiyalarının ləğvi imkanlarına baxılacağını bəyan edib: “Düşünürəm ki, nə vaxtsa olacaq, amma indi biz heç kimə qarşı sanksiyanı ləğv etməyə razılaşmamışıq”.
Ukrayna münaqişəsinin həlli ilə bağlı anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi və ya yumşaldılması ehtimalının artıq müzakirə olunub-olunmaması ilə bağlı suala Tramp belə cavab verib: “Xeyr, biz heç bir sanksiyanı nəzərdən keçirməmişik”.
Ekspertlər isə qeyd edib ki, sanksiyaların bir çoxu avropalı müttəfiqlərlə əməkdaşlıq çərçivəsində tətbiq edilib. Buna görə də ABŞ-nin məhdudiyyətləri vaxtından əvvəl ləğv etməklə bağlı mümkün qərarı Avropanın Putini müharibəni maliyyələşdirmək üçün lazım olan puldan məhrum etmək səylərinə ciddi zərbə vuracaq.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da “Sherg.az”a açıqlamasında ABŞ Prezidenti Donald Trampın hər şeydən əvvəl bir biznesmen olduğunu xatırladıb. Trampın istənilən situasiyalarda gəlir əldə etmək marağında olduğunu vurğulayan politoloq hesab edir ki, onun bütün xarici siyasəti, təhlükəsizlik siyasəti belə biznes maraqları üzərində qurulub: az xərcləyib, çox qazanmaq:
“Keçmişdə Amerikanın digər ölkələrə etdiyi yardımları, xərcləri də geri qaytarmağa çalışır. Ukraynaya da bu məqsədlə bir təklif edib ki, sənə edilən yardımların əvəzində nadir metallar və mineral ehtiyatlarının yarısını - təxminən 500 min dollarlıq hissəsini mənə verməlisən. Aydın məsələdir ki, təklifin arxasında təhlükəsizlik təminatı olmadığına, həmçinin ədalətsiz xarakter daşıdığına görə Ukrayna Prezidenti Volodimir Zelenski onu qəbul etmədi”.
E.Şahinoğlunun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin də Trampın məhz bu yanaşmasından hiyləgərliklə istifadə etməyə çalışır:
“Səudiyyə Ərəbistanında keçirilən görüşdə Rusiya nümayəndələrinin Amerikaya iqtisadi səmərəli layihələr təklif etməsi də məhz buna hesablanmış addımlardır.
Rusiyadan çıxan Amerika şirkətlərinin 300 milyard dollar itirdiklərinə dair qeyri-dəqiq hesablama açıqlayan Rusiya rəsmiləri Amerika şirkətlərinə hər cür iş şəraiti yaratmağa hazır olduqlarını da bəyan edirlər.
Yəni Rusiya Trampın biznes maraqlarını alovlandırmaqla danışıqlarda özünə lazım olanı qopartmağa çalışır. Bu vədlər Tramp üçün cəlbedici görünə, o da müharibə bitmədən Rusiyaya qarşı sanksiyaların bəzilərini aradan qaldırmağa cəhd edə bilər. Lakin müharibə bitmədən Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi ABŞ-nin maraqlarına böyük zərbə kimi qiymətləndirilə bilər”.
Politoloqun fikrincə, yaxın zamanlarda Ukrayna-Rusiya cəbhəsində müvəqqəti də olsa, atəşkəs əldə olunub, Trampla Putinin görüşü keçirilərsə, sanksiyaların yumşaldılması istiqamətində fəaliyyətlər başladıla bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yasamalda 20 kq marixuana aşkarlanıb
14:32 21.01.2026
Hadisə
Ərdoğan kürdlərə çağırış etdi
14:28 21.01.2026
Gündəm
Həcc üçün yerlərin 60 fazizi doldu - QMİ vətəndaşlara üz tutdu
13:50 21.01.2026
Cəmiyyət
Bu peyvənd yaşlanmanı ləngidir
13:47 21.01.2026
Sağlamlıq
İranda etiraz aksiyalarında ölənlərin sayı 4 519-a çatdı
13:43 21.01.2026
Dünya
Xankəndi şəhərinə ilk köç karvanı mənzil başına çatdı - FOTO
13:39 21.01.2026
Qarabağ
Prezident İlham Əliyev Davosda israilli həmkarı ilə görüşdü
13:21 21.01.2026
Gündəm
ÖNƏMLİ DİALOQ: Ərdoğan Dövlət Baxçalı ilə görüşəcək
13:10 21.01.2026
Gündəm
Parlamentin komitə iclasında 4 məsələ müzakirə ediləcək
13:04 21.01.2026
Gündəm
Sabah yollar buz bağlayacaq
12:55 21.01.2026
Ekologiya
Donald Tramp İlham Əliyevi Sülh Şurasına qoşulmağa dəvət etdi
12:52 21.01.2026
Gündəm
Şahbanu İranda “Milli Matəm” elan etdi
12:50 21.01.2026
Dünya
Deputat: Bizdə insanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər
11:51 21.01.2026
Aktual