Dam örtüyü maşının üzərinə aşdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində güclü qar səbəbindən köməkçi tikilinin dam örtüyünün avtomobilin üzərinə aşması barədə məlumat daxil olub.

Sherg.az FHN-ə istinadən xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış ünvanına cəlb olunublar.

Xilasedicilər müvafiq vasitələrlə avtomobili çökmüş dam örtüyünün altından çıxararaq sahibinə təhvil veriblər.