
ABŞ-ın Rusiya ilə yaxınlaşması Çinə nəzarət üçün hiylə ola bilər -ŞOK İDDİA
08:29 28.02.2025
Dünya
535
Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Pekin və Moskva arasında nifaq salmaq cəhdlərinin tamamilə uğursuz olduğunu və ölkələrin əməkdaşlığının dəyişməz olaraq qaldığını bildirib.
Bu barədə Çin XİN-in sözçüsü Lin Tsyan deyib.
O qeyd edib ki, Çin-Rusiya münasibətləri beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq davamlı şəkildə inkişaf edəcək:
“ABŞ-ın Çin və Rusiya arasında gərginlik yaratmaq cəhdləri uğursuzluğa məhkumdur. Rusiya ilə Çinin əməkdaşlığı aparıcı dövlətlər kimi daxili inkişaf məntiqinə malikdir və üçüncü tərəflərin fikirlərindən asılı deyil”.
Tsyan hər iki ölkənin inkişaf strategiyalarının və xarici siyasətinin uzunmüddətli perspektivə yönəldiyini vurğulayıb.
Siyasi şərhçi Elmir Səftərov "Sherg.az"a bildirib ki, Donald Tramp prezident seçildikdən sonra ABŞ-ın mövcud strategiyası ənənəvi yanaşmalardan fərqlənməyə başlayıb:

"ABŞ-da avropalı müttəfiqlərinə qarşı yaranan soyuqluq fonunda Rusiya ilə daha sıx əlaqələr qurmağa çalışılır. Görünən odur ki, bərbad vəziyyətdə olan Rusiya ilə əlaqələr yenidən formalaşdırılır. Çin-Rusiya yaxınlaşmasının yaratdığı hegemoniya ABŞ-da qlobal məsələlərə artıq hakim ola bilməmə qorxusu yaradır, eyni zamanda, Amerika beynəlxalq diplomatiyada liderliyinin zəifləməsindən ehtiyat edir. Bununla da Rusiya-Ukrayna müharibəsinə daha balanslaşdırılmış yanaşma ilə Vaşinqtonun Moskvaya yaxınlaşaraq Rusiyadan Çinə qarşı istifadə edə biləcəyi ideyası ortaya çıxır. Həmçinin ABŞ-ın Rusiya ilə yaxınlaşması Vaşinqtonun Çini nəzarət altına almağa çalışmasını asanlaşdırmaq üçün hiylə ola bilər. Bəlkə də ABŞ Çinin artan qlobal varlığına zərər vermək üçün Rusiya ilə işləyə biləcəyinə inanır. ABŞ Rusiyaya yaxınlaşmaqla Pekin və onun yaxın tərəfdaşı olan Moskva arasında ixtilaf yaratmağa cəhd də edə bilər. ABŞ-ın digər planı ondan ibarət ola bilər ki, bu yaxınlaşmadan qısqanan Çin Trampı ölkəyə dəvət etsin və Putindən əvvəl ABŞ-a getsin.
Reallıq isə ondan ibarətdir ki, Çin və Rusiya 2022-ci ildə Ukrayna müharibəsindən bir neçə gün əvvəl "məhdudiyyətsiz" tərəfdaşlıq elan ediblər. Ehtimal yaxınlaşma olarsa belə, Rusiya ABŞ-la qurulan əlaqələri Çinə qarşı təhdid yaratmadan həyata keçirəcək".
Şərhçi əlavə edib ki, Çin və Rusiya artıq çox sıx strateji və iqtisadi əlaqələr qurub, tərəflər ABŞ-ın dominantlığını azaltmağa, İkinci Dünya müharibəsindən sonrakı nizama alternativ institutları təşviq etməyə çalışırlar:
"Çinin Rusiya ilə həddindən artıq yaxınlığını nəzərə alsaq, Pekin ABŞ-a qarşı Moskva ilə müttəfiq olmaq üçün daha yaxşı mövqedə dayanır. Bütün qeyd olunan məqamlara görə ABŞ Rusiya və Çin yaxınlığını maraqlarına ziddi hesab edir. Rusiya isə siyasətini ABŞ-la ikitərəfli münasibətlərini yaxşılaşdırmaq üçün danışıqlar apararkən Çinin maraqlarına zərbə vurmamaq üzərində qurub. Buna görə də ABŞ çətin ki, Moskvanın Pekinlə tərəfdaşlığını dərinləşdirməyə dair uzunmüddətli strategiyasını poza bilsin. Çünki Rusiya da anlayır ki, Trampla istənilən sövdələşmə ABŞ-ın növbəti prezidenti tərəfindən pozula bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İrana 24 milyard dollar qaytarıla bilər
14:03 26.05.2026
Gündəm
"Beşiktaş"dan Zidan sürprizi: İlk təmas quruldu
13:46 26.05.2026
Futbol
Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq
13:35 26.05.2026
Gündəm
Ali Məhkəməyə iki yeni hakim təyin edilib
13:29 26.05.2026
Aktual
Milli Məclis dövlət komitəsinin hesabatını təsdiq edib
13:00 26.05.2026
Cəmiyyət
Sergey Lebedev: Xarici aktorlar MDB-ni parçalamaq istəyirlər
12:59 26.05.2026
Dünya
“Liverpul” Alissonla bağlı qərarını verdi
12:44 26.05.2026
Futbol
AAYDA-nın daha 7 qurumu ləğv olunur
12:37 26.05.2026
İnfrastruktur
Putin: Dünyada hərbi-siyasi vəziyyət xeyli mürəkkəbləşib
12:36 26.05.2026
Dünya
Ağdam şəhərinə yola salınan 110 ailə mənzil başına çatıb - FOTOLAR
12:29 26.05.2026
Gündəm
Sabah 28 dərəcə isti olacaq
12:20 26.05.2026
Ekologiya
İtaliya Prezidenti Azərbaycan liderini təbrik edib
12:12 26.05.2026
Gündəm
SEPAH ABŞ PUA-sının vurulduğunu bildirir
11:57 26.05.2026
Dünya
Bu gün işdən 1 saat tez çıxacaqsınız
11:07 26.05.2026
Cəmiyyət
Zənginləşdirilmiş uran ya dərhal ABŞ-a veriləcək, ya da… - Tramp
10:57 26.05.2026
Dünya