
Ukrayna üçün təhlükəli ssenari: Kiyev növbəti plasdarma çevrilmək ərəfəsindədir
12:05 05.03.2025
Aktual
736
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskidən məktub alıb.
Bu barədə Tramp ABŞ Konqresinin hər iki palatasında çıxışı zamanı deyib.
Tramp qeyd edib ki, Zelenski məktubda Kiyevin Ukraynadakı vəziyyəti nizamlamaq üçün danışıqlar masası arxasına oturmağa hazır olduğunu bildirib:
“Bu gün Zelenskidən vacib məktub aldım, Ukrayna mümkün qədər tez danışıqlar masasına oturmağa hazırdır”.
Qeyd edək ki, bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla uğursuz danışıqlardan sonra Vaşinqtonda Ağ evi vaxtından əvvəl tərk edib. Tramp deyib ki, Zelenski "Birləşmiş Ştatlara hörmətsizlik edib" və "sülhə hazır olanda qayıda bilər".
Politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, ABŞ Trampın rəhbərliyi altında Ukraynaya təzyiqləri ən kəskin vəziyyətə çatdırıb:

"Hələ Donald Trampın seçki kompaniyası dövründə hakimiyyətə gələcəyi təqdirdə ABŞ-ın Ukrayna ilə bağlı xarici siyasətində sərt müzakirələrə səbəb olacaq və dərin konfrontasiyaya söykənən siyasət həyata keçirəcəyi bəlli idi. Bu gün Ağ Evin yeni rəhbərliyi Bayden hakimiyyəti dövründə Kiyevə verilən milyardlarla dolları yenidən ABŞ büdcəsinə qaytarmaq istəyir. Həmçinin bütün bunların fonunda Vaşinqtonun Rusiya ilə imzalanacaq müqavilədən sonrakı Ukraynanın quruculuğuna töhfə verməsi üçün bu ölkənin təbii sərvətlərini istismar etmək niyyətindədir. Faktiki olaraq, təhlükəsizlik zəmanəti boş bir tələbdir. Çünki Tramp heç vaxt Rusiya ilə açıq qarşıdurmaya gedəsi deyildi. Eyni zamanda heç Baydenin belə atmadığı addımı atıb Ukraynada NATO qoşunlarının fəaliyyətinə şərait yaratmayacaqdı. Digər tərəfdən gələcək Ukrayna üçün çox qaranlıq görünür. Ona görə ki, Avropa investorları Ukraynanın sərvətlərini istismar edəcəklər".
Politoloqun sözlərinə görə, Ukraynanın torpaqları yenə işğal altında qalacaq və ərazi bütövlüyü təmin edilməyən müqavilə imzaladılacaq:
"Bütün bunlar Ukrayna üçün təhlükəli ssenarilərdir. Belə olan şəraitdə müharibə səbəbindən Ukraynada qaçqın və didərgin düşmüş vətəndaşların yenidən ölkəyə qayıdıb-qayıtmayacağı isə sual altındadır. Ümumiyyətlə Kiyev növbəti plasdarma çevrilmiş olacaq".
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət