
Ekspert: Ermənistan yeni silahları Hərbi Qənimətlər Parkı üçün alır
10:07 12.03.2025
Cənubi Qafqaz
666
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistanın “Wion” nəşrinə verdiyi müsahibədə ölkəsinin Hindistandan silah alımında maraqlı olduğunu bildirib. O, Ermənistanın müdafiə sahəsinə xüsusi diqqət ayırdığını vurğulayaraq, bu istiqamətdə müxtəlif ölkələrlə əməkdaşlıq etdiklərini qeyd edib.
Mirzoyan müsahibəsində Ermənistanın hərbi-texniki sahədə Hindistanla əlaqələrini inkişaf etdirmək niyyətində olduğunu və bu əməkdaşlığın regional təhlükəsizlik baxımından vacib olduğunu vurğulayıb. Ermənistanın Hindistandan müxtəlif növ silah və hərbi texnika almasına dair son illərdə bir sıra razılaşmalar əldə edilib və bu prosesin davam etdiyi bildirilir. Qeyd edək ki, son dövrlərdə Ermənistan Hindistanla hərbi əməkdaşlığını gücləndirib. İki ölkə arasında müxtəlif silah müqavilələri bağlanıb və Hindistan artıq Ermənistana bəzi hərbi texnikaların tədarükünü həyata keçirib.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan yanlış yoldadır və apardığı siyasət düzgün deyil:

“Ermənistanın Türkiyə, İran, Azərbaycan və Gürcüstan olmaqla dörd qonşusu var. Ən böyük sərhəd ərazisi isə Azərbaycan və Türkiyədir. Ermənistan sözügedən silahları Hərbi Qənimətlər Parkı üçün alır. Ermənistan Vətən müharibəsindən öncə Rusiyadan “İsgəndər” silahlarını alıb reklam edirdi, hərbi paradlar keçirirdi. Ermənistan indi Hindistandan aldığı silahlarla müharibəyə başlasa, Azərbaycanda yeni Hərbi Qənimətlər Parkının yaradılmasına ehtiyac yaranacaq. Ermənistanın iqtisadi resursları və əhali sayı çox azdır. Bu qədər silahları almaqla nəyə nail olmaq istəyir? Həmçinin Ermənistanın ölkə daxilində sabitliyi qoruması üçün Daxili Qoşunları və polis əməkdaşlarını saxlaması yetərlidir. Digər tərəfdən Ermənistan Azərbaycan, Türkiyə və İranla savaşa qalxsa, onun necə acınacaqlı vəziyyətə düşəcəyini göz önünə gətirmək mümkündür. Hesab edirəm ki, Ermənistan düz yola gəlməsə, mövcudluqları sual altına düşəcək və gəldikləri yerə geri dönəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət