Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla finlandiyalı həmkarı Aleksandr Stubb arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.
Ərdoğan telefon danışığı zamanı İsraili sərt şəkildə tənqid edib:
“İsrailin Qəzzaya yenidən hücumları qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət Netanyahunun soyqırım siyasətinə "dayan" deməlidir. Atəşkəs ən qısa zamanda bərpa edilməlidir”.
Bundan başqa, Ərdoğan Türkiyənin Ukrayna ilə Rusiya arasındakı müharibəni ədalətli və davamlı sülhlə bitirmək üçün səylərini davam etdirdiyini və Rusiyanın atəşkəs çağırışını qəbul etməsini gözlədiklərini bildirib.