Suriyada Əsəd tərəfdarları saxlanıldı

Suriya keçid hökumətinin təhlükəsizlik qüvvələri Dəməşq ərazisində gizlənən keçmiş prezident Bəşər Əsəd tərəfdarlarını saxlamaq üçün reydlər keçirib.

Axar.az xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

Məlumata görə, xüsusi əməliyyat zamanı bir neçə nəfər həbs edilib. Onların üzərində sursat və partlayıcı qurğular aşkar edilib.