Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı yeni saziş üzrə danışıqlara başladı

Ukrayna və ABŞ faydalı qazıntılarla bağlı yeni saziş layihəsi üzrə ilk uzunmüddətli danışıqları keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Obşestvennoye Novosti" nəşri Ukrayna Prezidenti Vladimir Zelenskinin administrasiyasından olan rəsmi şəxsə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Vaşinqton tərəfindən təklif olunan faydalı qazıntılarla bağlı saziş layihəsi üzrə ilk ciddi müzakirələrini martın 28-də aparıblar.

Danışıqlar hüquqşünasların iştirakı ilə davam edir.