İsveç Ukraynaya 1.59 milyard dollar dəyərində hərbi yardım göndərəcək

İsveç Ukraynaya 16 milyard kron (1,59 milyard ABŞ dolları) dəyərində yeni hərbi yardım göndərməyi qərarlaşdırıb.

Teleqraf xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Yonson bildirib.

Bu yardıma Ukraynanın hava hücumundan müdafiə, artilleriya, peyk rabitəsi və dəniz gücünün dəstəklənməsi daxildir.