ABŞ Prezidenti Donald Tramp səmimi şəkildə Ukrayna münaqişəsinə son qoymaq istəyir.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Arxangelsk” sualtı gəmisinin dənizçiləri qarşısında çıxış edərkən deyib.
"Məncə, ABŞ-ın yeni seçilmiş prezidenti bu münaqişəyə son qoymaq istəyir. Rusiya Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin əsas səbəbləri aradan qaldırmaq şərti ilə…”, - Putin qeyd edib.