Pakistan prezidentinin xəstəliyi müəyyən edildi

Pakistan Prezidenti Asif Əli Zərdari COVİD-19-a yoluxub.

Axar.az xəbər verir ki, bu barədə “Geo” telekanalı siyasətçinin həkimi Asim Hüseynə istinadən məlumat yayıb.

Həkimin sözlərinə görə, Zərdarinin COVİD-19 testinin cavabı müsbət çıxıb və o, təcrid olunub.

“Prezidentin səhhətinə görə onunla bütün görüşlər qəti qadağandır”, - Hüseyn qeyd edib.

O əlavə edib ki, həkim briqadası gecə-gündüz prezidentin vəziyyətini izləyir.

Qeyd edək ki, Prezident Zərdarinin halı 1 apreldə pisləşmişdi və o, Kəraçidəki özəl xəstəxanaya yerləşdirilmişdi.