Partlayış anı kamerada: Uşaq ağır yaralanıb

Tekirdağın Çorlu mahalı Kemalettin məhəlləsində 13 yaşlı K.S. iki dostu ilə partlatmaq üçün "zırpaket"  alıb. 

Sherg.az xəbər verir ki, hadisə anı  kameralara düşüb.

Bu zaman K.S. əlində olan "zırpaket"dən birini atəşə tutmaq istəyərkən digər "zırpaket"lər  alovlanaraq partlayıb.


Bu zaman K.S. partlamanın ardından qanlar içində yerə yıxılıb,  iki yoldaşı isə hadisə yerindən qaçdı.

Hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları sövq edilib.

Çorlu dövlət xəstəxanasına aparılan K.S. müalicə altına alınıb.

Xəsarətlə nəticələnən hadisə anı ərazidə yerləşən təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.