Gəncədə 23 yaşlı gəncin boğazına bıçaqla xəsarət yetirilib - YENİLƏNİB

Gəncədə 23 yaşlı gənci bıçaqlayan şəxs tutulub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 24 yaşlı E. Aşurov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***
Gəncədə 23 yaşlı oğlanın boğazı kəsilib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki 2002-ci il təvəllüdlü N. Rüstəmov boğazının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.