
Ekspert: Sürücülər və piyadalar yol hərəkəti qaydalarını pozmamalıdırlar
10:28 05.05.2025
Cəmiyyət
435
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücü və piyadalara müraciət edib.
Müraciətdə deyilir:
"Paytaxt yollarında müxtəlif vaxtlarda bəzi sürücü və piyadaların qaydalara əməl etməməsi, diqqətli olmaması səbəbindən piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Bu cür qəzalar əksər hallarda xəsarət və ya ölümlə nəticələnir. Təbii ki aparılan maarifləndirmə və praktiki tədbirlər öz nəticəsini verir və bu qəzaların sayında azalma var. Ancaq buna baxmayaraq, yollarda həyatlarına laqeyd yanaşan bəzi piyadalar hələ də keçidlərdən istifadə etmirlər, nizamlayıcının tələblərinə diqqət yetirmirlər.
Sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər
Digər bir məqam sürücülərlə bağlıdır. Müşahidələr onu deməyə əsas verir ki, bəzən piyadalar keçidlərdə dəqiqələrlə gözləmək məcburiyyətində qalırlar və yaxud da bir sıra sürücülər keçidlərdən keçən piyadalara yol vermirlər.
Sürücü və piyadalara çağırış:
Bu cür qəzaların baş verməməsi üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli və qaydalara əməl etməliyik. Bir daha sürücü və piyadalara çağırış edirik:
Sürücülər piyada keçidlərinə yaxınlaşdıqda sürəti azaltmalı və piyadalara yol verməlidir. Piyadalar isə piyada keçidlərindən keçməli, nizamlayıcının tələblərinə diqqət yetirməli və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra keçməlidirlər".
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev Sherg.az-a bildirib ki, paytaxt yollarında baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücü və piyadaların diqqətsizliyi və qaydalara əməl etməməsi səbəbindən baş verir:

“Digər ölkələrlə müqayisədə, bizim ölkəmizdə bu statistika daha çoxdur. Ona görə də bu sahədə həm maarifləndirici, həm də əməli tədbirlər görülməlidir. Sürücülər və piyadalar öz məsuliyyətlərini dərk edərək yol hərəkəti qaydalarını pozmamalıdırlar. Piyadalar yol keçəndə elə düşünürlər ki, hər yerdə onlara yol verilməlidir. Halbuki, onlara yalnız nəzərdə tutulmuş yerdən keçərkən yol verilməlidir. Sürücü diqqətsizliyi isə sürət həddini aşmaqla bağlıdır. Eyni zamanda sürücülər maşın sürərkən mobil cihazlardan istifadə edirlər. Bu da qəzaların qaçılmazlığına gətirib çıxar. Yol hərəkətinin bütün iştirakçıları, sürücülər və piyadalar yol təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Sadə qaydalara riayət etməklə həyatları xilas etmək mümkündür.”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm