
Aydın Sezer: Özəl ictimaiyyətə İmamoğlu və CHP-yə yönəlik hücumların bir plan olduğunu çatdırır
08:48 07.05.2025
Siyasət
364
CHP lideri Özgür Özəl həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sabiq sədri Əkrəm İmamoğluya sui-qəsd ediləcəyini iddia edib. Özəl bu barədə CHP-nin qrup toplantısında çıxışı zamanı deyib. Partiya sədri əlavə edib ki, mənə hücum edən Səlcuq Tengioğlu yanvar ayında İBB-yə gəlir. Bildirir ki, həbsxanada kamera yoldaşlarına təlimat verilib. İmamoğlu öldürüləcək. Mən bunu xəbər verməyə gəlmişəm deyib. Həmin vaxt bizimkilər onu polisə təhvil veriblər. Bildiriblər ki, bu şəxs belə bir iddia səsləndirib, siz məşğul olun. İndi isə işıq sürəti ilə həmin şəxs barəsində həbs qərarı verildi. Hansı kamerada yatıb? Dostları kim olub? Bu suallar ona verilməyibsə, yenidən ifadəsini alsınlar.
Türk siyasətçi və yazar Aydın Sezer Sherg.az-a söyləyib ki, CHP lideri Özgür Özələ hücum edən şəxs bundan əvvəl 2 uşağını öldürən cinayətkardır:

“Həmin şəxs ötən aylarda İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) gələrək həbsxanada olduğu vaxt ərzində oradakı şəxslərin Əkrəm İmamoğluna sui-qəst həyata keçirəcəyini söyləyir. İstanbul Böyükşəhər Bələdiyyəsinin nümayəndələri isə bu şəxsi polisə təslim edir. Amma polis apardığı araşdırmada həmin şəxsin söylədikləriylə əlaqədar sübut tapılmadığı üçün məsələ bağlanır. Özgür Özəlin açıqlaması ona hücum edən şəxsin arxasında qüvvələrin olduğunu söyləmək üçün deyilən fikirdir. Dolayısı ilə Özgür Özəl ictimaiyyətə İmamoğlu və CHP-yə yönəlik hücumların bir plan olduğunu çatdırır. Bunu insanlarla paylaşaraq ictimai rəyin də proseslə bağlı fikrinin formalaşmasını istəyir. Fikrimcə, həmin şəxsin açıqlamarı və daha öncə həbsxanada yatması da hücumun fərdi olmadığını göstərir. Bu baxımdan Özgür Özəlin açıqlaması bir neçə anspektən önəmlidir. Birincisi belə şəxsləri qoruyan güclərin CHP-yə yönəlik hücumlar planlamasıdır. Digər tərəfdən isə CHP sədri onların uzantılarının araşdırılması mövzusunda polisin yetərsiz qalmamasını çatdırmaq niyyətindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət