Szinpin Kremli tərk etdi: 7 saatlıq görüş... - YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpin arasında görüş başa çatıb.

Çin lideri məhdud və geniş tərkibdə danışıqların, eləcə də çay süfrəsi arxasında qeyri-rəsmi söhbətin aparıldığı Kremli tərk edib.

Ümumilikdə Rusiya-Çin yüksək səviyyəli danışıqları təxminən yeddi saat yarım davam edib.


***

11:26

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Cinpin arasında görüş başlayıb.

APA-nın Moskva bürosu xəbər verir ki, görüş Kremldə keçirilir.

Cinpinin Kreml sarayında rəsmi qarşılanma mərasimi olub.

Qeyd edək ki, Çin Xalq Partiyasının sədri faşizm üzərində qələbənin 80 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün Rusiyaya səfər edib. Onun bu gün Putinlə ikitərəfli və təkbətək danışıqları planlaşdırılır.