Yeni Roma Papası ilk ayini keçirdi
Yusif Nəzərli
11:39 09.05.2025
Dünya
401
Yeni seçilmiş Roma Papası XIV Leo Sikstin kapellasında papalığının ilk ayini keçirib.
Axar.az xəbər verir ki, ayin canlı yayımlanıb.
İbadət bir neçə dildə, o cümlədən kardinal Robert Frensis Prevostun Papa olmamışdan əvvəl 11 ilini keçirdiyi Peruda dövlət dili olan ispan dilində keçirilib.
Yeni Papa Müqəddəs Petronun birinci məktubunun ispan dilində oxuyub.
Pontifik ilk kütləvi məclisində qeyri-adi seçim edib: Sikstin kapellasında arxası kardinallara tərəf olacaq, ənənəvi altar (qurbangah) əvəzinə, o, birbaşa onlara baxan başqa bir altar quraşdırmaq qərarına gəlib.
XIV Leo öz xütbəsinə doğma ingilis dilində başlayıb və kardinallar yığıncağını Rəbbin yaratdığı möcüzələri tanımağa çağırıb.
Xütbə daha sonra italyan dilində davam edib və Papa Katolik Kilsəsinin sadiq idarəçisi olacağına söz verib.
“Allah sizin seçməyinizlə məni xüsusi bir şəkildə Həvarilər Şahzadəsinin varisi olmağa çağırdı və bu xəzinəni mənə əmanət etdi”, - o deyib.
O, Katolik Kilsəsinin dünyanın ən ucqar bölgələrində belə missionerlik fəaliyyətini davam etdirməli olduğunu söyləyib və bir növ, sələfi Papa Fransiskin prioritetlərini təkrarlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
iPhone 18 Pro Max-in qiyməti ilə bağlı iddialar gündəmdə
21:35 04.08.2026
Texnologiya
Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ
21:32 04.08.2026
İqtisadiyyat
Suriya Rusiyadan neft idxalını azaltmağa hazırlaşır
21:22 04.08.2026
Dünya
Türkiyədə tanınmış teleaparıcı həbs edildi
21:13 04.08.2026
Dünya
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
21:00 04.08.2026
Hadisə
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm