“Panasonic” 10 min iş yerini bağlayır
Yusif Nəzərli
19:59 10.05.2025
Dünya
421
Yaponiyanın elektronika nəhəngi “Panasonic” şirkəti bir neçə ölkədəki əməkdaşlarının təxminən 5 faizini ixtisar etməyi planlaşdırır.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, bu addım zərərli biznesə yönələn köklü dəyişikliyin bir hissəsidir. Erkən pensiya proqramı kimi tədbirlər vasitəsilə bu maliyyə ilində həm ölkə daxilində, həm də xaricdə 5 min iş yeri bağlanacaq. Bağlanan iş yerlərinin böyük hissəsi satış və idarəetmə bölmələrinə düşəcək. Şirkət televizor biznesini satmağı, habelə məişət texnikası, kondisionerlər və işıqlandırma sahəsində ixtisaslaşan bölməni yenidən təşkil etməyi düşünür.
“Panasonic” korporativ müştərilər üçün süni intellektə əsaslanan xidmətlərə daha çox resurs qoymağı hədəfləyir.
İcraçı direktor Kusumi Yuki bildirib ki, şirkəti sürətlə dəyişən biznes mühitinə qarşı "daha səmərəli və davamlı" reaksiya vermək istəyir.
“Panasonic” cari maliyyə ili üçün qazanc proqnozunu da açıqlayıb. Satışların təxminən 53,7 milyard (7 faiz azalma) ABŞ dolları olacağı gözlənilir. Xalis mənfəət 15 faizdən çox azalaraq 2,1 milyard dollara düşəcək. Proqnozlar ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin potensial təsiri nəzərə alınmadan hesablanıb. Bu, o deməkdir ki, satış və xalis mənfəət daha da az ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Naxçıvanda minlərlə dövlət qulluqçusu artıq yükdür" - Heydər Oğuz
16:47 04.08.2026
Aktual
"Barselona" Xulian Alvaresin transferində israrlıdır
16:36 04.08.2026
Futbol
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqləyib
16:32 04.08.2026
Dünya
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət