PKK-nın özünüləğv qərarından sonra Bərzanidən açıqlama

İraq Kürd Muxtariyyətinin sədri Nəçirvan Bərzani PKK terror təşkilatının özünüləğv qərarı ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.
“Prezident Ərdoğanın mövqeyini və prosesi dəstəkləmək üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. PKK-nın silahlı mübarizəni dayandırması və Öcalanın çağırışına qoşulma qərarını alqışlayırıq. Bunu region üçün yeni səhifə açacaq tarixi addım kimi qiymətləndiririk.
Biz, həmçinin bu tarixi fürsətin uğurlu olmasını təmin etmək üçün bundan sonra da hər cür yardım və dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk”, - Bərzani vurğulayıb.