ABŞ institutu: Putin rusları uzunmüddətli müharibəyə hazırlayır
Yusif Nəzərli
06:45 16.05.2025
Dünya
429
Rusiya Ukrayna ilə kompromislər və xoşməramlı sülh danışıqlarında maraqlı deyil, çünki əvvəlki kimi, onun təslim olmasını istəyir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, Rusiya Prezidenti Vladimir Putin mayın 15-də İstanbula (Türkiyə) özü getmək əvəzinə, aşağı səviyyəli nümayəndə heyəti göndərib. Prezidentin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə Putinin yaxın çevrəsindən olanlar daxil deyil. Heyət əsasən Rusiyanın 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarına göndərdiyi tərkibdən ibarətdir.
Medinski bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarını 2022-ci ilin əvvəlində baş tutmuş İstanbul danışıqlarının davamı kimi səciyyələndirib. Həmin danışıqlarda Rusiya Ukraynanın tam təslim olmasına bərabər tələblər irəli sürüb.
ISW qeyd edir ki, Moskva bu tələbləri müharibənin ilk iki ayında rus qoşunları Kiyevə doğru irəliləyərkən və Ukraynanın şimal-şərq, şərq və cənubunda mühüm uğurlar əldə edərkən qoymuşdu:
“İndi Rusiya üç illik müharibədən sonra eyni tələbləri təkrarlamağa çalışır, halbuki Ukrayna ordusu Rusiya qüvvələrini ölkənin şimalından geri çəkilməyə məcbur edib, Xarkov və Xerson vilayətlərində mühüm əraziləri azad edib və bütün əməliyyatlar teatrında rus qoşunlarının sürətini zəiflədib”.
ABŞ institutu hesab edir ki, Medinski bilərəkdən bu gün keçiriləcək danışıqları 2022-ci ilin martında İstanbulda baş tutan danışıqların davamı kimi təqdim edir. Putinin köməkçisi bununla Rusiyanın Ukraynanın təslim olması ilə bağlı tələblərini “qanuni” kimi qələmə verməyə çalışır.
“Kremlin Rusiya KİV-ləri üçün İstanbuldakı danışıqları necə işıqlandıracağına dair təlimatı belə deməyə əsas verir ki, Moskva rus əhalisini Ukraynada daha uzun müharibəyə hazırlayır və hər iki tərəfdən kompromis tələb edən xoşməramlı danışıqlarda maraqlı deyil”, - məqalədə vurğulanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual