Medvedev Trampı dünya müharibəsi ilə hədələdi

“ABŞ Prezidenti Donald Tramp yadda saxlamalıdır ki, Rusiya ilə ABŞ arasında baş verə biləcək ən pis şey III Dünya Müharibəsidir”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında yazıb.

Keçmiş Rusiya Prezidenti bildirib: "O ki qaldı Trampın Putinin "odla oynaması" və Rusiyanın başına gələn "həqiqətən pis şeylər" haqqında dediklərinə. Mən yalnız bir pis şeyi bilirəm, o da III Dünya Müharibəsi. Ümid edirəm ki, Tramp bunu başa düşəcək!"

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Rusiya lideri Vladimir Putinin “odla oynadığı”nı bildirib .