Sülh sazişi imzalanandan sonra...
Yusif Nəzərli
05:25 28.05.2025
Gündəm
323
Dövlətlərarası razılaşmalar əsasında həm ermənilərin Azərbaycana, həm də azərbaycanlıların Ermənistana qayıtması reallaşa bilər
“İki ölkə arasında sülh sazişi imzalandıqdan sonra azərbaycanlılar Ermənistanda, ermənilər də Azərbaycanda yaşaya bilərlər”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib. Spiker bildirib ki, ermənilər Bakıda yaşaya, digərləri (azərbaycanlılar) də Ermənistanda vaxtilə yaşadıqları kəndlərə qayıda bilərlər: "Ermənilər indi Gürcüstanda necə yaşayırlar? Sülh müqaviləsinin imzalanmasından sonra Ermənistan və Azərbaycan sakinləri ticarətə, bir-biri ilə ünsiyyətə və hər cür əməkdaşlıq etməyə başlayacaqlar". Ermənistan parlamentinin sədri sülh sazişinin imzalanmasından sonra ermənilərin Qarabağa qayıda biləcəklərini də iddia edib. Simonyanın fikrincə, cəmiyyətləri sülhə hazırlamaq lazımdır. O, Fransa və Böyük Britaniyanı misal çəkərək, bu Avropa ölkələrinin əsrlər boyu müharibə şəraitində olduğunu, sonda barışdıqlarını qeyd edib. Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 26-da Yerevanda beynəlxalq forumda çıxışı zamanı Qərbi Azərbaycan mövzusuna toxunub. O deyib ki, müasir Ermənistan Respublikası ərazisində Qərbi Azərbaycan ola bilməz.
"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov "Şərq"ə bildirib ki, yüz illər boyu indiki Ermənistan ərazisinin böyük hissəsində azərbaycanlılar kompakt şəkildə yaşayıblar və 80-ci illərin sonlarında Ermənistandan zorla qovulublar. Ekspert vurğulayıb ki, əslində, deportasiya prosesi XX əsrin əvvəllərindən başlayıb və milyona yaxın azərbaycanlı Ermənistandan didərgin salınıb:
"Azərbaycanlıların Ermənistanda kompakt şəkildə yaşadıqları əraziləri biz Qərbi Azərbaycan adlandırırıq və bu, tarixi həqiqətə uyğundur. Ancaq Ermənistan 1991-ci ilin noyabrında ləğv olunmuş "Dağlıq Qarabağ Muxtar Vilayəti"ni uzun müddət varmış kimi göstərdi. Uzun müddət onları başa sala bilmədik ki, Azərbaycan ərazisində "Dağlıq Qarabağ" deyilən inzibati ərazi vahidi yoxdur. Bu gün də onlar öz niyyətlərindən əl çəkməyiblər. Separatçı və revanşistlər ya "Dağlıq Qarabağ" ifadəsi, yaxud da "Artsax" sözünü dillərindən düşürmürlər. Ermənilərin ora kollektiv şəkildə qaytarılacağından danışırlar. Bu cür təxribatların qarşısını almaq, dünya ictimaiyyətini məlumatlandırmaq üçün Azərbaycan da qeyd edir ki, Ermənistan ərazisində də Qərbi Azərbaycan var və orada uzun müddət azərbaycanlılar kompakt şəkildə yaşayıblar".
Siyasi şərhçi vurğulayıb ki, Nikol Paşinyanın narahat olmasının səbəbi də aydındır:
"Ümumiyyətlə, ermənilər hesab edirlər ki, Azərbaycanın Ermənistan ərazisinin böyük hissəsini zor gücü ilə ələ keçirmək fikri var. Dəfələrlə Azərbaycan hakimiyyəti bəyan etsə də ki, belə bir planımız fikrimiz yoxdur, yenə də eyni iddiaları səsləndirirlər. Məqsəd dünya ictimaiyyətinin gözündə Azərbaycanı "təcavüzkar dövlət" kimi qələmə verməkdir. Guya Azərbaycanın Ermənistana ərazi iddiası var və "Qərbi Azərbaycan" termini də "ərazi iddiası"dır. Halbuki, biz azərbaycanlıların kompakt şəkildə yaşadıqları dədə-baba torpaqlarına qayıtmaq hüququndan danışırıq. Məncə də, sülh sazişi imzalanandan sonra dövlətlərarası razılaşmalar əsasında həm ermənilərin Azərbaycana, həm də azərbaycanlıların Ermənistan ərazisinə qayıtması reallaşa bilər. Ancaq bunun üçün ilk növbədə sülh sazişi imzalanmalı, normal qonşuluq münasibətləri yaranmalıdır. Azərbaycan da uzun müddətdir bunun üçün çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya