Ən geniş yayılmış yuxu vərdişi: Erkən ölüm riski ilə əlaqəlidir
17:24 05.11.2025
Sağlamlıq
201
ABŞ-də aparılan yeni bir araşdırma, günorta saatlarında 30 dəqiqədən uzun çəkən yuxu vərdişinin erkən ölüm riski ilə əlaqəli ola biləcəyini ortaya qoyub.
Sherg.az xəbər verir ki, Boston şəhərində yerləşən Massachusetts xəstəxanasından alimlərin apardığı araşdırma, xüsusilə günorta ilə günortadan sonranın ilk saatları arasındakı yuxu vərdişlərini diqqət mərkəzinə alıb.
Araşdırmanın nəticələri hazırda həm İngiltərə Milli Səhiyyə Xidməti (NHS), həm də Amerika Yuxu Təbabəti Akademiyası tərəfindən tövsiyə olunan qısa müddətli gündüz yuxusu ilə bağlı məsləhətlərlə ziddiyyət təşkil edir. Mütəxəssislər qısa və müntəzəm yuxu fasilələrinin sağlamlıq baxımından faydalı ola biləcəyini bildirsələr də, bu yeni tapıntılar uzun şirin yuxuların təhlükəli ola biləcəyinə işarə edir.
11 il ərzində 86 min nəfər izlənilib
Tədqiqat çərçivəsində yaş ortalaması 63 olan 86 min nəfərin yuxu rejimi 11 il ərzində izlənilib. İştirakçılardan bir həftə ərzində sağlamlıq izləmə cihazı taxmaları istənilib. Bu müddət ərzində 5 min 189 nəfər dünyasını dəyişib. Əldə edilən məlumatlar, yaş, cinsiyyət, çəki, siqaret və spirt istifadəsi, eləcə də ümumi yuxu müddəti kimi faktorlar nəzərə alınsa belə, uzun gündüz yuxusu ilə erkən ölüm riski arasında əhəmiyyətli bir əlaqə olduğunu göstərib.
Ciddi xəstəliklərin əlaməti ola bilər
Araşdırmanı aparan mütəxəssislər uzun və nizamsız gündüz yuxularının bəzi ciddi sağlamlıq problemlərinin əlaməti ola biləcəyini bildirirlər. Yuxu rejimindəki pozuntuların bədənin təbii ritminə mənfi təsir etdiyi və bunun da depressiya, diabet və ürək xəstəlikləri kimi xroniki pozğunluqların xəbərçisi ola biləcəyi düşünülür.
Araşdırma müəllifləri bu yuxu vərdişlərinin erkən ölümə birbaşa səbəb olduğunu sübut edə bilməsələr də, nəticələrin ciddi şəkildə nəzərə alınmalı olduğunu vurğulayırlar.
Gündüz yuxusu vərdişi geniş yayılıb
İngiltərədə hər beş nəfərdən birinin müntəzəm olaraq günorta yuxusuna getdiyi məlumdur. Lakin bu vərdiş xüsusilə gecələr beş saatdan az yatan fərdlərdə daha çox müşahidə edilir. NHS, sağlam bir yetkinin hər gecə 7-9 saat yatmasını tövsiyə edir. Yuxuya olan ehtiyac isə yaşa, sağlamlıq vəziyyətinə və həyat tərzinə görə dəyişə bilir.
Bu ilin əvvəlində dərc olunan başqa bir araşdırma isə uzun müddətli gündüz yuxusunun iflic riskini təxminən 25 faiz artırdığını göstərmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski ABŞ-la görüş formatlarını müzakirə etdiklərini açıqlayıb
19:10 11.05.2026
Dünya
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm