Uzun gəzintilər xroniki bel ağrısı riskini azalda bilər -TƏDQİQAT
Yusif Nəzərli
03:36 21.06.2025
Sağlamlıq
423
Norveç Elm və Texnologiya Universitetinin (NTNU) alimlərinin araşdırması gündəlik uzunmüddətli gəzintilərin xroniki bel ağrısı riskini əhəmiyyətli dərəcədə azaltdığını ortaya qoyub.
AZƏRTAC xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc olunan araşdırmanın nəticələrinə əsasən, gündə 100 dəqiqədən çox gəzinti edən insanların xroniki bel ağrısı riski 23 faizə qədər azalır.
Xroniki bel ağrısı dünyada geniş yayılmış sağlamlıq problemlərindən biri olaraq qalmaqdadır. Qlobal statistikaya görə, bel ağrısı bütün əlilliklə yaşayan illərin 7,7 faizini təşkil edir və səhiyyə sistemləri üçün ən yüksək maliyyə yükü yaradan xroniki xəstəliklər sırasında yer alır. ABŞ-da isə bel ağrısı səhiyyə xərclərinin ən böyük hissəsini təşkil edir. Tədqiqatçılar fiziki aktivliyin xroniki bel ağrısı idarə olunmasında mühüm rol oynadığını bildirsələr də, mövcud təlimatlar gəzinti tezliyi və müddəti ilə bağlı konkret göstəricilər təqdim etmir.
Bu boşluğu doldurmaq məqsədilə NTNU-nun alimləri araşdırma həyata keçiriblər. 2017-2019-cu illər arasında ilkin mərhələdə bel ağrısı yaşamayan və 2021-2023-cü illərdə izlənən 20 yaşdan yuxarı 11 min 194 iştirakçı araşdırmaya daxil edilib. İştirakçılara bir həftə ərzində iki ədəd üçoxlu AX3 akselerometr taxılaraq gündəlik gəzinti həcmi və intensivliyi ölçülüb.
Araşdırmanın nəticələrinə görə, gündə 101-124 dəqiqə gəzən iştirakçıların bel ağrısı riski 23 faiz azalaraq 0,77 (95 faiz CI, 0,68-0,87) nisbətində olub. Gündə 125 dəqiqə və daha çox gəzənlərdə isə bu nisbət 0,76 (95 faiz CI, 0,67-0,87) təşkil edib. Eyni zamanda, gəzinti intensivliyinin artması da riskin azalması ilə əhəmiyyətli şəkildə əlaqələndirilib.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, gəzinti, çoxları üçün əlçatan və sadə fiziki fəaliyyət növü olmaqla yanaşı, əhalinin geniş təbəqələri üçün xroniki bel ağrısının profilaktikasında təsirli bir vasitə kimi çıxış edə bilər. Onların fikrincə, gəzinti həcmini artırmağa yönəlmiş strategiyalara üstünlük verməli və bu sahədə təşviqat işləri aparmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya
Moldova NATO-ya üzv olmaq istəmir
18:26 24.09.2026
Dünya
Ceyhun Bayramov albaniyalı həmkarı ilə görüşdü
18:18 24.09.2026
Siyasət
Putin Fransadakı səfiri vəzifəsindən azad edib
18:07 24.09.2026
Gündəm