Hərbi ekspert: “ABŞ-nin GBU-57 zərbələri İranın nüvə proqramını sıfırladı”
Yusif Nəzərli
01:00 24.06.2025
Dünya
413
ABŞ “bütün bombaların anası”nı işə saldı
İranın “toxunulmaz” dediyi bunker darmadağın oldu
ABŞ Hərbi Hava Qüvvələri İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən strateji nüvə obyektlərinə hücum edib. ABŞ ordusu əməliyyatda “GBU-57” tipli bunker-buster bombalarından istifadə edib. Bu bombalar yerin 60 metr dərinliyindəki möhkəmləndirilmiş obyektləri belə dağıtmaq gücünə malikdir. Fordo, Natanz və İsfahan kimi İranın nüvə proqramının əsas mərkəzlərinin hədəf alınması regionda böyük gərginlik yaradıb. Nüvə obyektlərini bombalayan B-2 ABŞ bombardmançı təyyarələri 36 saatlıq uçuşdan sonra ABŞ-nin Missuri ştatına eniblər. ABŞ pilotlarına müraciət edən Tramp, “Yaxşı iş gördüyünüzə görə sizə təşəkkür edirəm” deyib. Məlumat üçün bildirək ki, B-2 dünyanın ən müasir bombardmançılarından biri sayılan gizli (stealth) strateji bombardmançı təyyarədir. B-2-nin əsas fərqi düşmən radarlarına qarşı görünməz olmasıdır. Xüsusi materiallar və forması radar dalğalarını yayır və ya udur. Bütün təyyarə sanki bir tək qanad formasındadır. Fərqli aerodinamik dizaynı həm uçuşun səmərəliliyini artırır, həm də radar görünməzliyini gücləndirir. ABŞ ərazisindən havaya qalxaraq dünyanın istənilən nöqtəsinə nüvə və ya adi silah zərbəsi endirə bilir. Rəqəmsal avionika, peyk naviqasiyası, yüksək dəqiqlikli bombardman sistemləri ilə təchiz edilib. Hər B-2 təyyarəsinin dəyəri 2 milyard dollara qədərdir. Yalnız strateji məqsədlər üçün istifadə olunur – taktiki və ya yaxın döyüşlər üçün uyğun deyil. 37 saatlıq uçuş göstərir ki, B-2-lər ABŞ ərazisindən havaya qalxaraq dünyanın istənilən nöqtəsinə dəqiq zərbələr endirə bilir.
Hərbi ekspert Elxan Şıxaliyev Sherg.az-a açıqlamasında deyib ki, ABŞ bütün raketlərin "anası" sayılan GBU-57 A və B modelli bunker dələn raketlərini B-2 təyyarələri vasitəsilə İranın nüvə reaktorları yerləşən yeraltı bunkerlərinə buraxdı. Ekspert qeyd edib ki, ABŞ və İsrail İrana zərbələrdən sonra nüvə reaktorlarının və uranın zənginləşdirilməsinə aid olan yeraltı bunkerlərin sıradan çıxarıldığını vurğulayıb:
"ABŞ və İsrail İranın nüvə proqramının sıfırlandığını iddia edirlər. GBU-57 raketlərinin əsas xüsusiyyətləri ondan ibarətdir ki, bu raketlər 80 metr dərinliyədək 3 mərhələdə nüvə başlıqlarının bir-birindən ayrılması ilə yerin altına müdaxilə edə bilir. Həmçinin, ən möhkəmləndirilmiş bölgələrdə, yeraltı bunkerlərdə belə böyük partlayışlara, dağıntılara səbəb olur. Çəkisi 8-13 ton arasında dəyişən, zireh və bunkerləri asanlıqla dələn başlıqlı raket xüsusiyyətlərinə malikdir. Əslində, İranın gözləntisi o idi ki, bu raketlərdən İsraildə yoxdur. Amma ABŞ müharibəyə müdaxilə edərək GBU-57 raketlərini işə saldı və vəziyyət dəyişdi".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Andriy Sibiqa Abbas Əraqçiyə zəng edib
22:12 28.07.2026
Gündəm
Fransada evdə yeni doğulmuş beş körpənin qalıqları tapılıb
21:50 28.07.2026
Dünya
"Sabah"dan tarixi uğur: KL-nin əsas mərhələsini təmin etdi
21:13 28.07.2026
Futbol
Netanyahu Trampla görüşmək üçün Ağ Evə gəlir
20:37 28.07.2026
Gündəm
Qəbələdə möhtəşəm tikinti qalıqları aşkar olundu
20:14 28.07.2026
Tarix
Trampın Zelenski ilə görüşü təxminən bir saat davam edib
20:02 28.07.2026
Dünya
Almaniya cinayət törətmiş 31 əfqanı deportasiya etdi
19:50 28.07.2026
Dünya
4 kişinin bacarmadığını 4 qadın etdi: Hamı heyrətə gəldi
18:59 28.07.2026
Hadisə
Ağ Evdə Tramp-Zelenski görüşü başlayıb
18:42 28.07.2026
Gündəm
Ukraynaya hücum etsək, tələyə düşəcəyik - Çağırış
18:14 28.07.2026
Dünya
Rusiya etibar olunası ölkə deyil - Natiq Miri
18:00 28.07.2026
Gündəm
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət