Növbəti illərdə Qarabağ suvarma kanalının tikintisinə başlanılacaq.
Teleqraf-ın Qəbələyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəsmisi Akif Quliyev deyib.
O bildirib ki, Aşağı Muğan kanalının yenidən qurulması üzrə tikinti işləri davam etdirilir:
"Baş Muğan kanalının tikintisinə isə növbəti illərdə başlanılacaq. Tikilməsinin əsas məqsədi su itkilərinin qarşısını alınması, müasir tələblərə uyğun hidrotexnik qurğuların tikintisidir".