Ermənistanda müdafiə nazirinə ikinci “sarı kart”: Hakim partiya doğma şəhərində də uduzdu

Ermənistanın müdafiə naziri Suren Papikyan Stepanavanda keçirilən yerli seçkilərin nəticələrinə görə növbəti siyasi zərbə alıb.

Sherg.az xəbər verir ki, “Qraparak” qəzetinin yazdığına görə, nazir hakim “Vətəndaş Müqaviləsi” partiyasının namizədi Araik Nersisyan üçün şəxsən təşviqat aparsa da, partiya məğlub olub.

Qəzetin hakimiyyətə yaxın mənbələrinə istinadən verdiyi məlumata görə, bu, Papikyan üçün ikinci “sarı kart” hesab olunur. İlk xəbərdarlığın parlament seçkilərinin nəticələri ilə bağlı olduğu iddia edilir. Nazirə qarşı mövqelərin zəifləməsi barədə məlumat isə hələlik rəsmi təsdiqini tapmayıb.