Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarılması üçün hüquqi əsas yoxdur.
Sherg.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan təşkilatın hesabatını şərh edərkən bildirib.
Nazirin sözlərinə görə, Ermənistan Aİİ çərçivəsində heç bir öhdəliyi pozmayıb və belə bir niyyəti də yoxdur. O, Vyana Konvensiyasına istinad edilməsinə baxmayaraq, ölkənin ittifaqdan çıxarılması üçün irəli sürülən hüquqi arqumentlərlə razılaşmadığını vurğulayıb.
Mirzoyan hesab edir ki, məsələ siyasi xarakter daşıyır və Ermənistanın Aİİ-dən çıxarılması üçün hüquqi əsas axtarışları da bu məqsədə xidmət edə bilər.
O bildirib ki, Ermənistan suverenliyini və müstəqil qərar qəbul etmək hüququnu prioritet sayır, eyni zamanda tərəfdaşlarla konstruktiv dialoqa hazırdır.
Qeyd edək ki, Ermənistan 2025-ci ildə Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında qanun qəbul edib. Rusiya Prezidenti Vladimir Putin isə ölkənin Aİİ-dən çıxacağı təqdirdə ÜDM-nin 14 faizini itirə biləcəyini bildirib.