Əgər seçkilərə qədər sülh olmasa Paşinyan üçün çətin olacaq - ŞƏRH
11:57 17.07.2025
Siyasət
479
Son illər Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması məsələsi gündəmdədir. 2020-ci ildə baş verən müharibədən sonra vəziyyət dəyişib və hər iki tərəf sülhə daha çox yaxınlaşıb. Ermənistanın baş naziri Nikol Paşinyan da artıq sülh istədiyini açıq şəkildə bildirir. Azərbaycan da haqlı mövqeyini qoruyaraq sülhə hazır olduğunu söyləyir. Lakin Ermənistanda sülh prosesinə qarşı çıxan güclər öz mövqelərini qorumağa çalışırlar.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"İndiki mərhələdə Ermənistanın qeyri-səmimi olduğuna inanmıram. Nikol Paşinyanın hazırki bütün siyasi platforması sülh üstündə qurulub. Ona görə də onu ittiham edən 3 əsas qüvvə-kilsə, müxalifət və radikal diasporadır. Ermənistan baş naziri həqiqətən də istəyir ki, sülh sazişi imzalansın.
Gələn il Ermənistanda seçkilər keçiriləcək. Əgər seçkilərə qədər sülh olmasa Paşinyan üçün çətin olacaq. Çünki onun üçün son illər vacib olan əsas məsələlər sülh sazişi və Türkiyə, Azərbaycanla əlaqələrin normallaşdırılmasıdır. Bunlar da erməni əhalisi üçün qəbul olunan məsələlərdir.
Biz öz haqlı tələblərimizi irəli sürürük, Qarabağ Azərbaycandır deyirik. Lakin unutmamalıyıq ki, Paşinyan 2019-cu ilin avqust ayının 5-də demişdi ki, Qarabağ Ermənistandır".
Fərid Şəfiyev Azərbaycanın sülh gündəliyini formalaşdırdığını söyləyib. Qeyd edib ki, Paşinyan bir sıra səbəblərə görə buna razı olsa da, hazırda o da sülhü istəyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə