Ukrayna Rusiyaya dronlarla hücum edib, 16 nəfər yaralanıb

Ukraynanın Rusiyanın iki şəhərinə dron hücumları nəticəsində 16 nəfər yaralanıb.

APA “Reuters“-ə istinadən xəbər verir ki, dron hücumları Rostov-na-Donu və Belqorod şəhərlərində baş verib.

Volqoqrad regionunda isə Ukrayna dronunun qalıqları neft müəssisəsində yanğına səbəb olub.