Robert Fitso: Rusiyanı adi müharibədə məğlub etmək mümkün deyil

"Donald Tramp Ukraynada sülhə gedən yolu göstərib".

Teleqraf xəbər verir ki, bunun Slovakiyanın Baş naziri Robert Fitso deyib.

Onun sözlərinə görə, əgər ərazi məsələləri müzakirə olunmasa münaqişənin həlli mümkün deyil. Fitso Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə skeptik yanaşdığını vurğulayıb.

Baş nazir həmçinin Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəklədiyini, lakin NATO-ya qəbuluna qarşı olduğunu qeyd edib. Fitso əlavə edib ki, Rusiya “nüvə dövləti”dir və onu adi müharibədə məğlub etmək mümkün deyil.