Çinin qərbində yerləşən Tibet Muxtar Rayonunda 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 30 min nəfərin yaşadığı Naqçu dairəsindən 214 kilometr şimal-şərqdə yerləşib. Zəlzələnin ocağı 9 kilometr dərinlikdə qeydə alınıb.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.