Braziliyada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Braziliya Ali Seçki Məhkəməsi məlumat verib.
Məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 15:00) açılıb.
İkinci turda hazırki prezident Luis İnasio Lula da Silva ilə müxalif siyasətçi, senator Flavio Bolsonaru mübarizə aparır.
Ölkədə keçirilən son rəy sorğusuna görə seçkilərin favoriti Flavio Bolsonaru hesab olunur.