Bakıda keçirilən FIFA U15 Dünya çempionatının qrup mərhələsinin oyunları davam edir.
Teleqraf xəbər verir ki, növbəti oyun günündə Azərbaycan millisi Andora yığmasını qəbul edib.
Hövsan Yarış Kompleksində keçirilən qarşılaşma 1:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, ilk oyunda Şərqi Timor yığmasını darmadağın edən (6:0) komanda bu gün saat 19:30-da Avstraliya ilə münasibətlərə aydınlıq gətirəcək.