İran və Belarus arasında 12 əməkdaşlıq sənədi imzalandı

İran Prezidenti Məsud Pezeşkianın Minskə səfəri zamanı iki ölkənin yüksək səviyyəli nümayəndələri 12 əməkdaşlıq sənədi imzalayıblar.
Teleqraf xəbər verir ki, bu barədə Belarus KİV məlumat yayıb.
Məsud Pezeşkianın Belarusa səfəri çərçivəsində iki ölkənin yüksək səviyyəli rəsmiləri prezidentlərin iştirakı ilə siyasət, beynəlxalq hüquq, turizm, mədəniyyət, media, səhiyyə, əczaçılıq, sənaye, ətraf mühit, sənaye və xüsusi iqtisadi zonalar, habelə investisiyalar sahələrində əməkdaşlığa dair 12 sənəd imzalayıblar.